Gündəm / Cəmiyyət
15 avqust 2022
14

Daha iki universitetə publik hüquqi şəxs statusu verildi

Daha iki universitetə publik hüquqi şəxs statusu verildi


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinə publik hüquqi şəxs statusu verilib.

Bununla bağlı Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, universitetin Nizamnaməsi təsdiq edilib. Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti yenidən çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Nazirlər Kabinetinin digər qərarına görə isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olacaq və universitet çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Qərarla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nizamnaməsi təsdiqlənib.