Gündəm / Cəmiyyət
26 avqust 2022
28
Baş nazirin müavini, deputatlar bu işlərindən UZAQLAŞDIRILDI
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində Bakı Dövlət Universitetində əvəzçiliklə işə qəbul edilmiş professor-müəllim heyətinin əmək müqavilələrinə xitam verilməsi haqqında əmr imzalayıb.
Milliinfo.az xəbər verir ki, əmrin surəti sosial şəbəkələrdə paylaşılıb.
Əmək müqaviləsinə xitam verilənlər sırasında Baş nazirin müavini Əli Əhmədov, ombudsman Səbinə Əliyeva, sabiq təhsil naziri Misir Mərdanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər tanınmış şəxslər var.
BDU-nun Mətbuat xidməti isə məsələyə belə münasibət bildirib:
“Professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir. Bu müqavilələr də təbii ki, müddətli müqavilə olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir və növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır. Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur”.

Daha çox xəbər:

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
Siyasət
Sahil Babayev sabiq icra başçısının oğluna yüksək VƏZİFƏ VERDİ - FOTO
Gündəm / Cəmiyyət
Komitə sədri valideynlərə müraciət etdi: "Məsuliyyətli olun!"
Siyasət
Milli Məclisdə görüş
Gündəm / Cəmiyyət
Azərbaycanda yüksək vəzifə tutan xanımlar - SİYAHI
Gündəm / Cəmiyyət