Gündəm / Siyasət
26 avqust 2022
15
Tarif Şurasının bu səlahiyyəti ləğv edilib

Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin müəyyən edilməsinə dair yeni prosedur müəyyənləşdirilib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Telekommunikasiya xidmətləri üzrə tariflər Tarif (qiymət) Şurası, radiotezliklərdən istifadə üzrə tariflər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən ediləcək.
Bundan əvvəl Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflər Tarif Şurası tərəfindən müəyyənləşdirilib.

Daha çox xəbər:

İki nazirin müraciəti əsasında Tarif Şurası qiymətləri ARTIRDI
Gündəm / Cəmiyyət
Tarif Şurası qazın da qiymətini QALDIRDI
Gündəm / Cəmiyyət
Ali məktəblərə, kolleclərə, magistraturaya qəbul imtahanları üçün yeni tariflər müəyyənləşib
Gündəm / Cəmiyyət
Milli Məclisin növbəti iclası təxirə salındı
Siyasət
Deputatlar bu gün 19 məsələni müzakirə edəcək
Gündəm / Siyasət