Gündəm / Cəmiyyət
29 avqust 2022
22
FHN və DİN bu şəxsləri cərimə edəcək

Əkin yerinin yandırılmasına görə Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə cərimə tətbiq etmək səlahiyyəti verilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
İndiyə qədər əkin yerinin yandırılmasına görə inzibati xətalar haqqında işlərə yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi və ya Kənd Təsərrüfatı Nazirliyi baxıb.

Daha çox xəbər:

Karantin rejimini pozanlar üçün cərimələr artırılır
Gündəm
Bu şəxslər cərimələnəcək
Gündəm / Sosial
Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq - Rəsmi
Gündəm / Cəmiyyət
Azərbaycanda bu şəxslər 6 min manat CƏRİMƏLƏNƏCƏK
Gündəm / Cəmiyyət
Sürücülərin NƏZƏRİNƏ: Beş min manatadək cərimə oluna bilərsiniz
Gündəm / Sosial