Gündəm / Cəmiyyət
31 avqust 2022
22
İnzibati orqanların təsnifatı genişləndirildi

İnzibati orqanların təsnifatı genişləndirilib.
Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərarla “İnzibati orqanların Təsnifatı”nın II bölməsinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əlavə edilib.

Daha çox xəbər:

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşdi
Gündəm / Siyasət
Milli Məclisin növbəti iclası təxirə salındı
Siyasət
Baş nazir bir sıra sənədlərdən “əlil” və “qüsur” sözlərinin çıxarılması ilə bağlı qərar verdi
Gündəm / Cəmiyyət / Sosial
Baş nazirdən dövlət qulluğu vəzifələri ilə bağlı - Qərar
Gündəm / Siyasət
Baş nazirdən Vətən müharibəsi iştirakçıları ilə bağlı SƏRƏNCAM
Gündəm / Siyasət