Gündəm / İqtisadiyyat
01 sentyabr 2022
44
Rezidenturaya qəbulun nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 548 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 437 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onların 120 nəfəri oğlan, 317 nəfəri qızdır. 234 namizəd cari ilin, 203 namizəd isə əvvəlki illərin məzunudur.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini sentyabrın 2-dən etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olanlar 6 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.
Daha çox xəbər:
Dövlət qulluğuna qəbul imtahanlarının nəticələri AÇIQLANDI
Gündəm / CəmiyyətRezidenturaya ixtisas seçimi başladı
Gündəm / CəmiyyətMagistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
GündəmBu tarixdə rezidenturaya qəbul imtahanı keçiriləcək
Gündəm / CəmiyyətRezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başladı
---