Gündəm / Dünya
01 sentyabr 2022
12

Prezident Mario Draqi ilə görüşdü - YENİLƏNİB (FOTO)

Prezident Mario Draqi ilə görüşdü - YENİLƏNİB (FOTO)


Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi ilə təkbətək görüşü olub.

Əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi oldu.

İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olundu.

Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi birgə foto çəkdirdilər.

xxx

17:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Nazirlər Şurasının sədri Mario Draqi ilə görüşüb.

Bu barədə məlumat Azərbaycan Prezidentinin "Facebook" səhifəsində yerləşdirilib.
Prezident Mario Draqi ilə görüşdü - YENİLƏNİB (FOTO)
Prezident Mario Draqi ilə görüşdü - YENİLƏNİB (FOTO)