Gündəm / Hadisə
02 sentyabr 2022
11
Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı rəsmi AÇIQLAMA
“Xırdalanda yaşayış kompleksində baş verən partlayışın qaz xətti ilə heç bir əlaqəsi yoxdur”.
Bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, əraziyə baxış keçirilib:
“Hadisə yerinə bizim qəza xidməti və əməkdaşlıq etdiyimiz podratçı şirkət də getdi. Araşdırma aparıldı. Hadisənin qaz xəttindən deyil, elektrik xəttində baş verən yanğın səbəbindən olduğu müəyyənləşdi. Ötən gün bu barədə məlumat yaymadıq, çünki artıq əsas səbəb sosial şəbəkələrdə tirajlanırdı”.
Qeyd edək ki, ötən gün Xırdalanda AAAF yaşayış kompleksində yanğın olub.

Daha çox xəbər:

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Gündəm / Hadisə
Xəzər dənizində baş verən qəza ilə bağlı - RƏSMİ AÇIQLAMA
Hadisə
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Hadisə
Azərbaycanda qaz tarifləri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA
Gündəm / Cəmiyyət
Xırdalanda gənc özünü binanın 5-ci mərtəbəsindən atdı
Hadisə