Gündəm / Cəmiyyət
03 sentyabr 2022
11

Reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslər saxlanıldı - YENİLƏNİB

Reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslər saxlanıldı - YENİLƏNİB


Bakıda "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcı saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi cinayət işi başlanılıb

***10:30

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.

***09:50

Xəbər verdiyimiz kimi, Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hazırda məsələ nəzarətə götürülüb:

"Araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

***09:35

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında videogörüntlər paylaşılıb.

Bildirilir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb.

Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.