Gündəm / Siyasət
09 sentyabr 2022
18
Prezident Rusiya ilə bağlı sazişi TƏSDİQLƏDİ

Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il iyunun 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərəcək.

Daha çox xəbər:

İlham Əliyev Qırğızıstanla Anlaşma memorandumlarını TƏSDİQLƏDİ
Gündəm / Siyasət
İlham Əliyev Türkiyə ilə sazişi TƏSDİQLƏDİ
Gündəm / Siyasət
Prezident bu Sazişi təsdiqlədi
Gündəm / Siyasət
İlham Əliyev FƏRMAN İMZALADI
Gündəm / Siyasət
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan sənədi təsdiqlədi
Dünya