Gündəm / Cəmiyyət
14 sentyabr 2022
12

Bürclər bu günə nə deyir ?

Bürclər bu günə nə deyir ?

Qoç
Gün yeniliklər və daha çox cəsarət gətirəcək. Həddindən çox gərginlik əsəblərinizi poza bilər. Bu zaman yaxın ətrafınızla əlaqələrinizi inkişaf etdirməlisiniz. Qısa müddətli səyahət məsləhətdir.

Buğa
Bütün qabiliyyətinizi ortaya qoyub qazancınızı artırmaq üçün yeni fürsətlər əldə edə bilərsiniz. Xüsusilə evə aid sərmayələr yerinə düşər. Xərcləriniz arta bilər. Bu gün riskli hərəkətlərə meylli olacaqsınız.

Əkizlər
Bu gün sevgi həyatınızı canlandıran hadisələr baş verə bilər. Əyləncəyə üstünlük verəcəksiniz. Özünüzə zaman ayırmaq üçün də yaxşı vaxtdır. Iş həyatınızda isə sizi fiziki cəhətdən yoran vəziyyətlə üzləşəcəksiniz. Enerjinizdən səmərəli istifadə etməlisiniz.

XƏrçəng
Bu gün daha diqqətli olmaq və xırda detallara önəm vermək gərəkdir. Əsəblərinizə hakim olmalısınız. Bəzən sərt tənqidlər, hətta düşmənçiliklər belə, meydana gələ bilər.

Şir
Yaradıcılığınızı ortaya qoymaq, özünüzü daha yaxşı ifadə edə bilmək üçün uğurlu gündür. Özünüzə zaman ayırmaq, istirahət etmək üçün fürsət olacaq. Nikbinliyiniz artacaq.

Qız
Həyatınızı istədiyiniz kimi idarə etməyiniz xoşagəlməz nəticələr verə bilər. Istər iş, istərsə də şəxsi həyatınızda cəhdlərinizi artırmalısınız. Hərəkətli, bir o qədər də yorucu gün ola bilər. Xırdalıqlara önəm verin.

Tərəzi
Yarımçıq qalan işlərinizi bitirməlisiniz. Sevgi münasibətlərində xoşbəxtlik nəsibiniz olacaq. Ancaq iş həyatınızda daha mübariz olmalısınız. Rəqabətə səbəb ola biləcək hallar istisna deyil.

Əqrəb
Maliyyə baxımdan vəziyyət qeyri-stabil olacaq. Miras və ya borc ilə bağlı işləriniz tam alınmaya bilər. Ancaq iş həyatınızda sizə daha çox imkanlar aça biləcək razılaşmalar və ortaqlıqlar əldə edə bilərsiniz.

Oxatan
Səfərlər, karyerada yüksəliş, əcnəbilərlə münasibətlər, təhsillə bağlı müsbət irəliləyişlər ola bilər. Ümidlərinizi yeniləməklə gələcəyə daha nikbin baxa bilərsiniz.

Oğlaq
Çox hərəkətli gün olacaq. Bu gün istər karyeranız, istərsə də şəxsi münasibətlərinizi yenidən gözdən keçirməlisiniz. Daha soyuqqanlı olmağa çalışın. Işgüzar həyatda yeni anlaşmalar ola bilər.

Dolça
Əlinizdəki qaynaqlardan istifadə edin. Büdcənizə nəzarət edin. Xərcləriniz arta bilər. Sevgi münasibətlərində sizə müsbət anlar bəxş olunacaq. Tətil imkanı əldə bilərsiniz.

Balıqlar
Dedi-qodular bu gün sizi narahat edə bilər. Gərəksiz yerə narahatlıq keçirməyin. Ziyarətlər, çıxışlar, müqavilələr sizin həyatınızı daha hərəkətli edə bilər. Yeni qazanc yolları əldə edə bilərsiniz.