Gündəm / Siyasət
14 sentyabr 2022
11
Azərbaycan Prezidenti: “Atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir”
Prezident İlham Əliyev Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.
Dövlət başçısı bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini qeyd edərək buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.
Daha çox xəbər:
Prezident İlham Əliyev təxribatlara görə məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bildirib
Gündəm / SiyasətPrezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Siyasətİlham Əliyev Toivo Klaarı qəbul edib
SiyasətEmmanuel Makron İlham Əliyevə zəng edib
Gündəm / SiyasətŞarl Mişel İlham Əliyevə zəng etdi
Gündəm / Siyasət