Gündəm / Dünya
16 sentyabr 2022
13
"Ölən erməni hərbçilərin sayı arta bilər" - Köçəryan
Sərhəddə ölən erməni hərbçilərin sayı dəyişə (arta) bilər, çünki itkin düşənlər barədə məlumatlar var.
Milliinfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan deyib.
Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, təsdiqlənmiş məlumatlara görə, sərhəddə vəziyyətin gərginləşməsi zamanı Ermənistan tərəfindən 135 nəfər ölüb.
"Çoxlu sayda yaralı var. Bizdən itkin düşənlər də var. Yalnız onların taleyi məlum olandan sonra bəlli olacaq ki, bizdə nə qədər ölü və əsir var", - Köçəryan əlavə edib.
Onun sözlərinə görə, itkin düşənlərin ümumi sayı açıqlanmır: "Çünki cəsədlərin bəziləri bizim nəzarətimizdə olmayan ərazidədir".
Daha çox xəbər:
Ordumuzun məhv etdiyi erməni hərbçilərin leşləri - FOTOLAR
Gündəm / Cəmiyyət“Ermənistan Vətən müharibəsində itkin düşmüş 7 nəfər barədə məlumat vermir”
Gündəm / Foto"Ermənistan ölü və yaralı sayını gizlədir" - Zöhrabyan
Gündəm / CəmiyyətUkraynada əsir götürülən rusiyalı hərbçilərin sayı açıqlandı
Gündəm / Dünya"Ermənistan ordusunun müdafiəyə ehtiyacı var" - Köçəryan
Gündəm / Dünya