Gündəm / Dünya
19 sentyabr 2022
10
II Elizabetin dəfn mərasimi başlayıb - CANLI YAYIM

Britaniya kraliçası II Elizabetin nəşi Vestminster Zalından çıxarılaraq Parlament Meydanından keçəcək və Vestminster Abbatlığına aparılacaq.
Təntənəli yürüş abbatlığın qərb qapısına çatacaq, burada tabutu daşıyanlar onu içəri aparacaqlar.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq anım mərasimindən sonra abbatlıqda və bütün ölkədə iki dəqiqəlik sükut elan ediləcək.
Bundan sonra dövlət himni səsləndiriləcək.
Bakı vaxtı ilə saat 15:15-də Kral III Çarlz və Kraliça-konsort Kamilla, Uels Hersoqu və Hersoginyası Uilyam və Keyt Middlton və kral ailəsinin digər üzvləri tabutu izləmək üçün yürüşə qoşulacaqlar.
Bakı vaxtı ilə saat 22:30-da kraliça II Elizabet əri, Edinburq hersoqu Filipp və bacısı şahzadə Marqaretin də uyuduğu Vindzor sarayında dəfn ediləcək.

Daha çox xəbər:

Kraliça Qarabağ atlarına heyran oldu - Foto
Dünya
Britaniya kraliçası vəfat etdi - YENİLƏNİB
Gündəm / Dünya
Yeni kralın bu hərəkətləri gündəm oldu - Video
Gündəm / Cəmiyyət
İlham Əliyev II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib
Gündəm / Siyasət
II Elizabetin ölümündən sonra İngiltərə - FOTOLAR
Gündəm / Dünya