Gündəm
20 sentyabr 2022
6
Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı

Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.
Milliinfo.az Trend-ə istinadən xəbər verir ki, araşdırma aparılaraq akt tərtib olunub və məktəbin direktoru tutduğu vəzifədən azad olunub.
Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı.
Məktəbin direktoru müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib.

Daha çox xəbər:

Bu məktəbin direktoru müəllimlərdən pul tələb edib - Səs yazısı
Gündəm / Cəmiyyət
Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktorun işçiləri danışdı – VİDEO
Gündəm / Video
Şagirdin ölümünə görə direktor işdən çıxarıldı, müavini isə...
Cəmiyyət
Sabiq direktor 30 minlik dələduzluq edibmiş
Gündəm / Hadisə
Bu rayonlarda modul tipli məktəblər quraşdırılacaq
Gündəm / Cəmiyyət / Təhsil