Gündəm / Siyasət
22 sentyabr 2022
11
Maşın nömrələri elektron qaydada veriləcək - FƏRMAN

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanları veriləcək.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb.
Sistem vasitəsilə nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talonların tərtib olunması, habelə dövlət texniki baxışı zamanı nəqliyyat vasitələrində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildirişlərin verilməsi, eləcə də dövlət texniki baxışından sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda dövlət texniki baxış talonu da veriləcək.

Daha çox xəbər:

DYP-nin mərkəzi informasiya sistemi haqqında Əsasnamə təsdiq edildi
Gündəm / Siyasət
DİN sürücülərə xəbərdarlıq edib - VİDEO
Gündəm / Cəmiyyət
Yol polisi sürücülərə müraciət etdi
Gündəm / Cəmiyyət
DİN texniki baxışla əlaqədar sürücülərə xəbərdarlıq etdi
Gündəm / Cəmiyyət
Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi
Gündəm