Gündəm / Dünya
23 sentyabr 2022
12
Milyarder Vardanyan Qarabağ separatçılarının başına gətirilir - KİV

Rusiyadan Qarabağa köçən erməni iş adamı Ruben Vardanyan son günlər siyasi dairələrlə fəal görüşlər keçirir.
Milliinfo.az modern.az-a istinadən xəbər verir ki, yayılan məlumatlarda R.Vardanyanın bu görüşlər vasitəsilə özünü qondarma “dqr”in “dövlət naziri” və ya “baş naziri” təyin etdirmək üçün zəmin hazırladığı, Qarabağ separatçıları üçün məqbul fiqur olduğunu göstərdiyi bildirilir.
Ruben Vardanyan dünən qondarma “dqr”in “təhlükəsizlik naziri” Vitali Balasanyanla, daha əvvəl isə Qarabağ separatçılarının eks-başçıları Bako Saakyan və Arkadi Qukasyanla görüşüb.
Ermənistan mətbuatında yayılan məlumatlarda Ruben Vardanyanın yaxın vaxtlarda başqa görüşlər də keçirəcəyi qeyd edilir.
Məlumatlara görə, çox güman ki, Vardanyan gələn həftə təyinat alacaq. Onun əvvəlcə Qarabağ separatçılarının “prezidenti”nin “baş müşaviri”, sonra isə “dövlət naziri” təyin olunacağını istisna etmirlər.

Daha çox xəbər:

Vardanyan Xankəndiyə gəlmir, Moskvadan göndərilir - FAKT BUDUR!
Gündəm / Cəmiyyət
Paşinyan etirazlara görə Arayik Arutyunyanı İrəvana çağırdı
Gündəm / Cəmiyyət
Görüntüləri yayılan azərbaycanlı əsirlərdən nə xəbər var?
Gündəm
Xankəndidə növbəti erməni təxribatı – Bu dəfə ipin ucu Amerikaya uzanır
Gündəm / Siyasət
Fransanın yeni Baş Naziri bəlli oldu
İqtisadiyyat