Gündəm / Cəmiyyət
26 sentyabr 2022
11
DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, vətəndaşlar paytaxtın, xüsusilə II Fəxri və Şəhidlər xiyabanları və Dağüstü park istiqamətinə səfərlərin çox olacağını nəzərə alsınlar:
“Bildiyiniz kimi, hər il sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ölkəmizdə qeyd olunur. Şəhidlərimizi dərin minnətdarlıq hissi ilə anırıq!
Vətəndaşlarımızdan xahiş edirik ki, II Şəhidlər xiyabanı və Dağüstü park istiqamətinə gedərkən əsasən ictimai nəqliyyata üstünlük versinlər. Hər iki istiqamət şəhərin mərkəzi küçələridir, parklama imkanları isə məhdud olduğu üçün sıxlığın yaşanması ehtimal olunur.
Xahiş edilir ki, ziyarətçilər əraziyə gedərkən şəxsi minik nəqliyyat vasitələrinə üstünlük verməsinlər. Sürücülər nəzərə alsınlar ki, buraya üz tutan insanların sayı çox olacaq. Əməkdaşlarımız səhərdən axşamadək, yəni ziyarət bitənədək ərazidə, yollarda hərəkəti tənzimləmək üçün lazımi tədbirləri görəcəklər”.
“Bir daha xahiş edirik ki, şəxsi avtomobillərə üstünlük verməyin. Ərazi şəxsi avtomobillərlə gəlmək üçün uyğun deyil. Burada nəqliyyat vasitələrini saxlamaq imkanları azdır. Ziyarətçilərin ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik”, - DYP rəsmisi vurğulayıb.
Daha çox xəbər:
DYP "Qarabağ" - "Ferentsvaroş" oyunu ilə bağlı azarkeşlərə müraciət etdi
Gündəm / CəmiyyətDYP "Neftçi"-"Rapid" oyunu ilə bağlı azarkeşlərə müraciət etdi
Gündəm / CəmiyyətBakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Gündəm / CəmiyyətDYP-dən sürücülərə MÜRACİƏT
Gündəm / CəmiyyətAnım günü ilə əlaqədar Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq
Gündəm / Cəmiyyət