Gündəm / Cəmiyyət
26 sentyabr 2022
13
Düşmənin yenidən atəşkəsi pozmaqda məqsədi nədir? - AÇIQLAMA
Son günlər Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutur. Sentyabrın 24-də atəşkəsin pozulması nəticəsində 3 hərbçimiz yaralanıb.
Hərbi ekspert Ədalət Verdiyev bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, Ermənistan kənar qüvvələr tərəfindən Azərbaycana qarşı fəaliyyətlərə təhrik edilir. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması ondan xəbər verir ki, Ermənistanda hələ də revanişst qüvvələr mövcuddur:
"Əvvəllər olduğu kimi, bu dəfə də düşmənin təxribatlarının qarşısının təsirli və adekvat şəkildə alınacağına şübhəmiz yoxdur. Hesab edirəm ki, düşmənin istənilən ərazidən açdığı atəşin qarşısının alınması üçün Ordumuzun cəmləşdirilmiş atəş gücü həmin mövqeyə yönəldilməlidir. Atəş açan düşmən mövqeləri havaya sovurulmalıdır. Azərbaycan Ordusunun bölmələri və bayrağımız həmin düşmən mövqelərində yerləşdirilməlidir", - deyə Ə.Verdiyev vurğulayıb.
Daha çox xəbər:
"Düşmənin atəş açdığı mövqelər darmadağın edilməlidir" - AÇIQLAMA
Gündəm / CəmiyyətErmənistan atəşkəsi yenə pozdu - Üç hərbçimiz yaralandı
Gündəm / SiyasətMN: "Ermənistan silahlı qüvvələri Kəlbəcərdə mövqelərimizi yenidən atəşə tutub"
Gündəm / CəmiyyətAzərbaycan Ordusunun mövqeləri ATƏŞƏ TUTULDU
Gündəm / SiyasətErmənistan yenidən Kəlbəcərdə təxribat törətdi - İki hərbçimiz yaralandı
Sosial