Gündəm / Cəmiyyət
28 sentyabr 2022
333
Müdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edildi - Külli miqdara mənimsəmə

27 sentyabr 2022-ci ildə Bakı Hərbi Məhkəməsi Dövlət Təhlükəsizlik Xidmətində istintaqı davam edən cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi Məlikzadə Rəşad Səfər oğlu barəsində vəsatətə baxaraq, onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Rəşad Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə təqsirləndirilir. O, 8.355.486,00 manat pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Məlum olur ki, dövlətə vurulmuş xüsusilə külli miqdarda ziyanın dövlət büdcəsinə ödətdirilməsi üçün Müdafiə Nazirliyinin Maliyyə Xidmətinin rəhbər hərbi qulluqçularının əməllərinin sübuta yetirilərək məsuliyyətə cəlb olunmaları davam edir.

Daha çox xəbər:

Azərbaycanda daha bir yüksək rütbəli hərbçi həbs edildi
Hadisə
Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi SAXLANILDI
Gündəm / Hadisə
Prokuror sabiq MTN generalına 14 il həbs cəzası istədi
Gündəm / Hadisə
DTX-nin saxladığı gömrükçülər barədə - Qərar
Gündəm / Hadisə
Vidadi Muradovun 30,6 milyon manatlıq əmlakına HƏBS QOYULDU
Gündəm / Cəmiyyət