Gündəm / İdman
01 oktyabr 2022
11
Bu gün Azərbaycan derbisi var

Misli Premyer Liqasında VIII turun oyunları keçirilir.
Bu gün daha 2 qarşılaşma baş tutacaq.
Əvvəlcə Tovuzda yerli “Turan Tovuz” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Günün digər matçı isə şərikli liderlər – “Qarabağ”la “Neftçi” arasında olacaq. Xatırladaq ki, ilk oyun günündə “Səbail” “Qəbələ” ilə ev oyunda 1:1 hesabıyla məğlub olub. Tura sabah keçiriləcək “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” matçları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
VIII tur 1 oktyabr
“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 15:30.
“Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli.
Bakı. “Azersun Arena”, 18:00.
