Gündəm / Dünya
04 oktyabr 2022
16
Qazaxıstan barıt anbarında partlayış - 4 ÖLÜ

Qazaxıstanın şimalında yerləşən Kostanay şəhərində silah anbarında dövriyyə qaydalarının pozulması səbəbindən barıt anbarı partlayıb.
Milliinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, ümumilikdə 11 nəfər yaralanıb.
"İstintaq müəyyən edib ki, hadisə baş verən ərəfədə mağazanın rəhbəri barıt satmağa icazə alaraq, sonradan qablaşdırılıb satış üçün Qaraqanda vilayətində "Sokol" markalı 40 kiloqram barıt alıb. Bu barıt təhlükəli yüklərin daşınması qaydalarını pozaraq 36 dərəcə hava istiliyində Kostanaya aparılıb və partlayış baş verən mağazanın zirzəmisində anbara yerləşdirilib", - Qazaxıstan Prokurorluğundan bildirilib.
Partlayış nəticəsində binada başlayan yanğın qonşu ticarət obyektlərinə və fərdi yaşayış evlərinə qismən təsir edib. Hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi açıb.

Daha çox xəbər:

İraqda istilər nəticəsində sursat anbarı partladı - 7 ÖLÜ
Gündəm / Dünya
ABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb
Dünya
Tehranda partlayış: 13 nəfər öldü
Dünya
Rusiyada binada partlayış - Ölənlər var
Hadisə / Dünya
Ermənistan ordusunun iki əsgəri partlayış nəticəsində xəsarət alıb
Dünya