Gündəm / İqtisadiyyat
04 oktyabr 2022
13

Rusiya və Türkiyə qazla bağlı hazırda hansı məsələni müzakirə edir?

Rusiya və Türkiyə qazla bağlı hazırda hansı məsələni müzakirə edir?


“Ankara və Moskva hazırda Rusiya qazına görə ödənişlərin müddətinin uzadılmasını deyil, qiymətlə bağlı danışıqlar aparır”.

Bu barədə məlumatı türkiyəli mənbəyə istinadən “RİA Novosti” yayıb.

Mənbənin məlumatına görə, bu məsələdə tərəflər arasında heç bir problem yoxdur:

“Əvvəllər müqavilələrdə Avropa birjalarının kotirovkaları nəzərə alınırdı və qiymət yüksək idi. İndi isə şərtlər dəyişib. Belə ki, Türkiyənin Rusiyadan aldığı qazın qiymətinin bir hissəsinə görə ödənişləri rubl ilə etməsinə dair razılıq əldə olunub. Bununla belə, qazla bağlı danışıqlarda heç bir problem yoxdur”.

Qeyd edək ki, “Bloomberg” agentliyinin daha əvvəl yaydığı məlumata görə, Türkiyənin “Boru Hatları ile Petrol Taşıma AŞ” şirkəti Rusiya tərəfindən təbii qaza görə ödənişlərin bir hissəsinin 2024-cü ilə qədər uzadılmasını istəyib.