Gündəm / Cəmiyyət
06 oktyabr 2022
16
Bakı Dəmiryolu Vağzalında etiraz: Bir nəfərin halı pisləşdi – Video

Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri narazıdır.
Sumqayıt-Xırdalan-Bakı qatarında bu gün səhər saatlarında sıxlıq yaranıb. Nəticədə sərnişinin halı pisləşib.
Milliinfo.az APA-ya istinadla xəbər verir ki, sərnişinin halının pisləşməsinə sıxlıq və qatardakı kondisionerlərin işləməməsi səbəb olub.
Sərnişinlər sıxlığa və qatarların gecikməsinə etiraz olaraq Bakı Dəmiryolu Vağzalının stansiya rəisinə etiraz ediblər.
Qeyd edək ki, bir müddət öncə 07:45 intervalı ilə hərəkət edən Sumqayıt-Xırdalan-Bakı qatarının ləğv edilməsi bu istiqamətdə sıxlığın artmasına səbəb olub.

Daha çox xəbər:

Bakı-Sumqayıt qatarında texniki nasazlıq yarandı
Gündəm / Cəmiyyət
Bakı metrosunda yenə problem var - Stansiyalarda böyük sıxlıq yaranıb
Cəmiyyət
Biləcəri yolunun bağlanması bəzi marşrutların gecikməsinə səbəb ola bilər
Cəmiyyət
Bakı-Sumqayıt yolunda tıxac yarandı
Cəmiyyət
Generalın vəkilinin halı pisləşdi, iş başında vəfat etdi
Gündəm / Hadisə