Gündəm / Siyasət
06 oktyabr 2022
11
İlham Əliyev Praqada iclasda iştirak edib - FOTOLAR (YENİLƏNİB)

Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Çex Respublikasının Baş naziri Petr Fiala Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə Toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra plenar iclas keçirilib.
İclas başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.
***
Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə edə biləcəklər





Daha çox xəbər:

Prezident Praqada səfərdədir - Şarl Mişellə görüşür
Gündəm / Siyasət
İlham Əliyev Xəzəryanı ölkələrin liderlərinin VI Zirvə Toplantısında - YENİLƏNİB (FOTOLAR)
Gündəm / Siyasət
6-cı zirvə toplantısı videokonfrans formatında olacaq
Dünya
NATO-nun Ukrayna ilə bağlı iclası keçirilib - YENİLƏNİB
Dünya
Prezidentin Türkmənistana səfəri başa çatdı
Gündəm / Siyasət