Gündəm / Dünya
15 oktyabr 2022
10
Siyavuş Novruzov “od püskürdü”: “Bu necə sistemdir?”
Milli Məclisdə müəllimlərin sertifikasiya və işə qəbul imtahanları tənqid edilib.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov çıxış edib. O qeyd edib ki, ali təhsil müəssisələrini qırmızı diplomla bitirənlər belə işə qəbul üçün yenidən imtahan verməlidirlər:
“Söhbət müəllimlərdən gedir. Universiteti bitirən şəxsdən yenidən imtahan istəyirlər, müəllim attestasiya imtahanı verməlidirlər ki, işləsin.
Biz müəllimin ali təhsilini qoyuruq kənara, yenidən imtahan edirik. Elm və Təhsil Nazirliyinin komissiyasından keçən şəxsin müəllim işləyib, işləyə bilməyəcəyi müəyyənləşdirilir.
İxtisas artırma olmalıdır ki, müəllim 2 ay oxuyub, ixtisası təkmilləşdirsin. Amma sertifikasiya və digər imtahanlar nəyə lazımdır? Əgər universitetdə yaxşı təhsil verməyiblərsə, müəllimə niyə diplom veriblər?
Hər müəllimin necə savadı olduğunu yaşadığı ərazidəki insanlar bilir. Bir rayonda yaşayan müəllimi başqa yerə işləməyə göndərirlər. Bu necə sistemdir?” Yenisabah.az
Daha çox xəbər:
Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək
Gündəm / CəmiyyətBu gün 17 şəhər və rayonda buraxılış imtahanları keçirilib
İqtisadiyyat / Cəmiyyət / SosialI-IV, V ixtisas qrupları və kolleclərə qəbul imtahanları keçiriləcək
TəhsilMM-in İntizam Komissiyası: "Siyavuş Novruzov qadağalara riayət etməyib"
Gündəm / Siyasət / SosialBu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
Təhsil