Gündəm / Hadisə
17 oktyabr 2022
8
Dəhşətli qəzada ölən filial müdirləri YAP-ın tədbirinə gedirmiş - Foto

Mingəçevirdə yol qəzasında vəfat edən Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri Şamaxı Məmmədova və Xədicə Sultanova həmin vaxt tədbirə gedirmiş.
Oktyabrın 15-də saat 10 radələrində İ.İslamzadə küçəsində yerləşən “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısındakı hadisədə həlak olan qadınlar həmin mərkəzdə YAP-ın 30 illiyi ilə bağlı keçirilən mini-futbol turnirinin açılışına qatılacaqmış. Onlar tədbirin keçiriləcəyi məkana yaxınlaşdıqda Mingəçevir sakini A.Tağızadənin idarə etdiyi “KİA” və Yevlax rayon sakini H.Həmidlinin idarə etdiyi “VAZ-21014” markalı avtomobillər toqquşub.
Bu zaman “KİA Sorento” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında gedən qadınları vurub. Nəticədə 1966-cı il təvəllüdlü Xədicə Sultanova və 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova ağır xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılsa da, vəfat ediblər.
Qeyd edək ki, faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi açılıb.






Daha çox xəbər: