Gündəm / Cəmiyyət
18 oktyabr 2022
10
İcra başçısı: “Şuşaya gedib nə edəcəyəm?”

“Şuşanın Baş Planı ilə bağlı məlumatım yoxdur. Şuşanın Baş Planını mənimlə müzakirə etməli deyillər, çünki mən nə memaram, nə də heykəltaraş, mən icra başçısıyam. Baş Planın hazırlanmasının icra başçısına heç bir aidiyyəti yoxdur”.
Bunu Publika.az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
Şuşanın icra başçısı işğaldan azad olunandan sonra Azərbaycan mədəniyyətinin paytaxtına bir neçə dəfə səfər etdiyini söyləyib:
“Şuşaya bir neçə dəfə gedib-gəlmişəm. Gedib orada nə edəcəyəm ki?! Şuşa camaatı buradadır, orada deyil. Şuşanın əhalisi Azərbaycanın 60 rayonuna səpələnib. Camaat hər gün bizim yanımıza gəlir. Biz də burada tez-tez camaatla görüşürük”.

Daha çox xəbər:

"Şuşa Qarabağın tacıdır" - İlham Əliyev
Gündəm / Siyasət
Azərbaycanda icra başçısı olmayan rayonlar - SİYAHI
Gündəm / Şou
İcra başçısı köməkçisini İŞDƏN ÇIXARDI
Gündəm / Cəmiyyət
İcra başçısı müavinini İŞDƏN ÇIXARDI
Gündəm / Cəmiyyət
Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlanıldı
Gündəm / Cəmiyyət