Gündəm / Cəmiyyət
21 oktyabr 2022
18
Deputat Bakı-Sumqayıt yolundakı tıxacdan DANIŞDI

"Günün istənilən vaxtında Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. İnsanların böyük əksəriyyəti yollarda qalır. Problemi təhlil etsək görərir ki, məsələ yalnız yol infrastrukturunun mövcud nəqliyyat yükünü götürə bilməməsindən qaynaqlanmır".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib. Deputat bildirib ki, bu problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər görmək lazımdır:
"Abşeronda sərnişindaşımaya vahid prinspilə yanaşmaq lazımdır. Sumqayıt-Bakı arasında ictimai nəqliyyatın avtovağzallar arasında işləməsi ləğv olunmalıdır. Vətəndaşların avtovağzala gəlməsi əlavə vaxt və vəsait itkisidir. İctimai nəqliyyatın mövcud vəziyyəti şəxsi nəqliyyat vasitələrindən istifadəni stimullaşdırır. Hesab edirəm ki, Sumqayıtdan Bakının müxtəlif ərazilərinə, məsələn Bakı Dövlət Universitetinə, Bakı Dəmiryolu Vağzalına və s. ərazilərə avtobuslar təşkil olunsun. Bundan başqa, ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün güzəştli kartlar tətbiq oluna bilər. Həmçinin, Bakı-Sumqayıt qatarlarının vaqonlarının sayının artırılması və intervalların azaldılması həmin yolda sıxlığı azaldar. Ölkəmizdə ekspress avtobusların tətbiq olunmasını təklif edirəm. Bu, şəxsi nəqliyyatdan istifadənin azaldılmasın kömək edər".

Daha çox xəbər:

Bu gündən sentyabrın 7-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək
Gündəm / Sosial
Bakı-Sumqayıt yolunda tıxac yarandı
Cəmiyyət
Bakı-Sumqayıt yolunda böyük tıxac yarandı
Gündəm / Cəmiyyət
Baş nazir nəqliyyatın vəziyyəti ilə bağlı müşavirə keçirdi
Gündəm / Siyasət
Vahid Əhmədov məsələ qaldırdı - Bakı-Quba yolunda təmir başladı
Gündəm / Cəmiyyət