Gündəm / Sosial
26 oktyabr 2022
12

Bakını su ilə təmin edən xətdə qəza - Küçəni su basdı

Bakını su ilə təmin edən xətdə qəza - Küçəni su basdı


Bakını su ilə təmin edən irihəcmli su xəttlərindən birində qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Yasamal rayonunda yerləşən Yeni Yasamal yaşayış kompleksində baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Əsəd Əliyev küçəsində yüksək təzyiqli yeraltı xətt deşilərək 1,5-2 metr hündürlüyündə fontan vurub, küçəni su basıb. Nəticədə ərazidəki bir sıra obyektlərə ziyan dəyib.

Dərhal ərazidə xidmət aparan polis əməkdaşları məsələyə müdaxilə edib. Vətəndaşlara dəyən ziyanın qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Daha sonra polis əməkdaşları hadisə yerinə aidiyyəti dövlət qurumlarının cəlb olunması istiqamətində onları məlumatlandırıblar.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.