Gündəm / Dünya
26 oktyabr 2022
11
Mercedes Rusiya bazarını tərk edir

Mercedes-Benz avtomobil istehsalçısı Rusiya bazarından çıxır.
Bu barədə şirkət təsdiq edib ki, onlar Rusiyanı tərk edərək yerli törəmə şirkətlərinin, o cümlədən Moskva vilayətindəki zavodun səhmlərini Avtodom dilerinə satacaqlar.
Nümayəndələr vurğulayıblar ki, tranzaksiyanı başa çatdırmaq üçün Rusiyanın müvafiq orqanlarının razılığı lazımdır.
