Gündəm / Dünya
27 oktyabr 2022
15
Binəli Yıldırım qəzadan sonra ilk dəfə açıqlama verdi

“Bütün tibb heyətinə, o cümlədən Türkiyə Səhiyyə Nazirliyinə səhhətimin normallaşmasında göstərdiyi xidmətlərinə təşəkkür edirəm”.
Bunu Azərbaycanda səfərdə olarkən yol qəzasına düşmüş Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım xəstəxanadan evə buraxılarkən jurnalistlərə açıqlamasında deyib.
"Qəzadan sonra ağır əməliyyatlar keçirdim. Həmçinin körpücük sümüyüm zədələnib. Müalicəmizin davam etməsində xeyli insanın zəhməti var. Qəzadan dərhal sonra Azərbaycana gələn ailəmə xüsusilə minnətdaram”.
B.Yıldırım söyləyib ki, bundan sonra müalicə ev şəraitində davam edəcək.

Daha çox xəbər:

Binəli Yıldırım Türkiyəyə yola salındı - Foto
Gündəm / Dünya
Binəli Yıldırım Bakıda bu xəstəxanadadır - Rəsmi
Gündəm / Cəmiyyət
Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı verdi
Gündəm / Dünya
İlham Əliyev ölkəmizdə avtomobil qəzası keçirən Binəli Yıldırım və Şamil Ayrıma xəstəxanada baş çəkib - FOTO
Gündəm / Siyasət
Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Gündəm / Dünya