Gündəm / Hadisə
28 oktyabr 2022
336
Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan iki il ötür
Ermənistanın Vətən müharibəsinin gedişində Bərdəni növbəti dəfə atəşə tutmasından 2 il ötür.
2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.
Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, bundan bir gün əvvəl - oktyabrın 27-si saat 16 radələrində isə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndi ağır artilleriyadan atəşə tutulub. Nəticədə 5 dinc sakin həlak olub, 13 nəfər yaralanıb.
Vətən müharibəsinin gedişində - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 5, 8, 27, 28 oktyabr və 7 noyabrda Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.
Daha çox xəbər:
Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan bir il ötür
Gündəm / CəmiyyətMultimedia Ermənistanın ikinci Bərdə terroru - FOTOREPORTAJ
Gündəm / HadisəErmənistanın Gəncədə törətdiyi növbəti terrordan iki il ötür
Gündəm / CəmiyyətErmənistanın Gəncədə törətdiyi növbəti terrordan bir il ötür
Gündəm / CəmiyyətErmənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il keçir
Gündəm / Cəmiyyət