Gündəm / Sosial
28 oktyabr 2022
14
Azərbaycanda bu şəxslərin cəzaları sərtləşdirilir
Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edilib.
Belə ki, Əmək, Ailə, Cinayət-Prosessual məcəllələrinə, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Ümumi təhsil haqqında” və digər qanunlara təklif edilən dəyişikliklər uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün, eyni zamanda belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılması məqsədilə hazırlanıb.
Bununla yanaşı, Cinayət Məcəlləsinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan bəzi cinayət tərkibləri təkmilləşdirilir.
Eyni zamanda, qeyd edilən cinayət əməlləri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə həmin maddələrin sanksiyalarının sərtləşdirilməsi təklif edilir.
Daha çox xəbər:
Milli Məclisin növbəti iclası təxirə salındı
SiyasətParlamentin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
CəmiyyətMilli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
SiyasətMilli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Gündəm / CəmiyyətMilli Məclis bu gün 10 məsələyə görə TOPLAŞIR
Gündəm / Siyasət