Gündəm / Hadisə
01 noyabr 2022
10
DTX-nin əməliyyatında nazir müavini də saxlanıldı

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.
Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.
Yeri gəlmişkən, DTX 2020-ci ilin mayında da Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş, həmin vaxt da nazir müavinlərindən biri Rafiq Bayramov saxlanılmışdı. “Qafqazinfo”

Daha çox xəbər:

DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir
Gündəm / Cəmiyyət
Azərbaycanda 67 nazir müavinindən 6-sı qadındır... - Onlar kimlərdir?
Gündəm / Cəmiyyət
Elnur Əliyev nazirin birinci müavini təyin olundu
Gündəm
Vəzifəli şəxsləri həbs olunan nazirliyin iki əməkdaşı işdən çıxarıldı
Gündəm / Hadisə
Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini itirdi
Gündəm