Gündəm / Sosial
04 noyabr 2022
7
Azərbaycanda yod kəskin bahalaşdı - FOTO
Azərbaycanda yodun qiyməti kəskin artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb.
Qeyd olunur ki, əvvəllər 40 qəpiyə satılan yod hazırda 1,20 manatadır.
Məsələni dəqiqləşdirmək üçün Bakıda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciət etdik. Apteklərdən bəzilərində yodun hələ də 40 qəpiyə satıldığı deyilsə də, digərlərində qiymətin artıq 1 manat 19 qəpiyə qaldırıldığı bildirildi.
Məlumat üçün bildirək ki, Tarif (qiymət) Şurasının 26 oktyabrda keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti təsdiq edilib. Həmin siyahıda yod da əlavə olunub. Bu siyahıda bir neçə ölkə istehsalı olan yod var.
Ancaq hazırda apteklərdə satışda olan əsasən Rusiyanın Yaroslav əczaçılıq fabrikinin 5 faizli 10 ml olan məhsuludur. Onun pərakəndə qiyməti oktyabrın 31-dən 1,19 manat müəyyən edilib.
Tarif Şurasının siyahısında olan qiymətlərdən biri dərmanların topdan, digəri pərakəndə satış qiymətidir. Məsələn, aptek yodu 0,99 manata alıb, 1,19 manata satmalıdır.
Daha çox xəbər:
Azərbaycanda çörək bahalaşdı
Gündəm / CəmiyyətAzərbaycanda ətin qiyməti BAHALAŞDI
Gündəm / CəmiyyətAzərbaycanda yumurtanın qiyməti BAHALAŞDI
Gündəm / Cəmiyyət"Azərbaycanda yanacağın qiyməti sabit qalıb" - Samir Şərifov
Gündəm / İqtisadiyyat“Zavod” çörəyi bu gündən yeni qiymətə satılır
Gündəm / Cəmiyyət