Gündəm / Sosial
08 noyabr 2022
4
Bakıda bağlanan yollar açıldı

Zəfər Günü münasibətilə Bakıda keçirilən yürüşlə əlaqədar olaraq şəhər ərazisində hərəkətin məhdudlaşdırıldığı bütün yollarda hərəkət bərpa olunub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, tədbir zamanı yollarda təhlükəsizlik tam təmin olunub:
“Hava şəraitinin yağışlı olmasına baxmayaraq, yürüş əvvəlcədən planlaşdırıldığı qaydada və vaxtında başa çatıb. Artıq paytaxt ərazisindəki bütün yollar nəqliyyat üçün açıq vəziyyətə gətirilib. Yürüşün yüksək səviyyədə keçirilməsində göstərdikləri dəstəyə və anlayışa görə vətəndaşlara təşəkkür edirik. Tədbir təhlükəsiz şəraitdə başa çatıb”.

Daha çox xəbər:

Bütün yollar açılacaq - BU TARİXDƏN
Gündəm / Cəmiyyət
Yanvarın 20-də Bakıda bu yollar bağlanacaq - SİYAHI
Sosial
Bakıda “Formula 1”ə görə bağlanmış yollar tamamilə nə vaxt açılacaq?
Gündəm / Cəmiyyət
Anım günü ilə əlaqədar Bakının bu ərazilərində hərəkət məhdudlaşdırılacaq
Gündəm / Cəmiyyət
DYP-dən sürücülərə MÜRACİƏT
Gündəm / Cəmiyyət