Gündəm / Siyasət
08 noyabr 2022
7
İlham Əliyev TDT-nin zirvə toplantısında iştirak edəcək
10-11 noyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı liderlərinin Birinci Zirvə görüşü keçiriləcək.
Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov bəyan edib ki, ölkəsi 10-11 noyabrda Səmərqənddə keçiriləcək Zirvə toplantısına ev sahibliyi etməyə hazırdır.
Məlumat üçün əlavə edək ki, Türk Dövlətləri Təşkilatı liderlərinin Birinci Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı da gözlənilir.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.
Daha çox xəbər:
Bu gün Türk Şurası dövlət başçılarının 8-ci Zirvə görüşü keçiriləcək
Gündəm / Siyasətİlham Əliyevin də iştirak etdiyi VIII Zirvə Görüşü başladı
Gündəm / Siyasətİlham Əliyev Xəzəryanı ölkələrin liderlərinin VI Zirvə Toplantısında - YENİLƏNİB (FOTOLAR)
Gündəm / SiyasətÖzbəkistanın Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etdi
Gündəm / SiyasətTürk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı BƏYANAT YAYDI
Gündəm / Cəmiyyət