Gündəm / Şou
10 noyabr 2022
4
Rəşad Dağlının bu gün hakim qarşısına çıxarılması gözlənilir
Noyabrın 9-u səhər saat 05:00 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirən məşhur meyxanaçı Rəşad Əmirov (Dağlı) bu gün hakim qarşısına çıxarıla bilər.
Oxu.Az-ın məlumatına görə, meyxanaçı Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının təqdimatına Qaradağ Rayon Məhkəməsində baxılması gözlənilir.
Qeyd edək ki, gecə saatlarında 1979-cu il təvəllüdlü Mehtiyev İskəndər Namiq oğlunu qətlə yetirən meyxanaçı 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Dağlı) Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Onun əməli sübuta yetirilərsə, onu doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Onu da qeyd edək ki, qətlə yetirilən İskəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
Daha çox xəbər:
Rəşad Dağlı qonşusunu buna görə ÖLDÜRÜB (YENİLƏNİB)
HadisəPərvizdən Rəşad Dağlı ilə bağlı PAYLAŞIM: "Ağlımın ucundan da keçməzdi ki... - FOTO
Gündəm / ŞouRəşadın öldürdüyü şəxs 15 gün əvvəl azadlığa çıxıbmış - FOTO
Gündəm / DünyaRəşad Dağlının öldürdüyü şəxs Ələkbər Yasamallının qohumudur
Gündəm / HadisəBakıda oğlunu və gəlinini baltalayan şəxs barəsində həbs qətimkan tədbiri seçildi
Gündəm / Hadisə