Gündəm / Sosial
14 noyabr 2022
10
"Uşaqlar atasına nəsə deyəndə, evdə müharibə qopur"
"Həyat yoldaşımla uzaq qohumluq, tanışlıq var idi. Bir-birimizi uşaqlıqdan tanıyırdıq. Mənə deyirdi ki, sənin oxumağını sevmişəm. Hərdən deyirəm ki, heç bəlkə də, özümə deyil, sənətimə vurulmusan. Yoldaşımın ailəsi ziyalıdır. Onun əmiləri dövlət işində işləyirdilər. Bəxtim onda gətirdi ki, mənim sənət yolumu onlar işıqlandırdı. Çox dəstəkləyib, dayaq oldular".
Bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Düzünə qalsa" proqramında deyib. Xanəndə həyat yoldaşı, təqaüdə göndərilən polis polkovniki Xosrov Nəcəfovdan bəhs edib:
"Oxumağıma icazə verməsəydi, təbii ki, ailəmi seçəcəkdim. O da bunu gördü. Sonra mənə dedilər ki, nə biclik etmisən? O, mənə yaxşı mənada sərbəstlik verdi, mən də bundan istifadə etmədim. İçində bəlkə də qovruldu, qısqandı, öz-özünə deyindi, amma onu mənə bildirmədi. Həmişə də deyir ki, nə yaxşı səni bu sənətə qoydum, eybi yox, özüm əziyyət çəksəm də... Səhnədə həmişə rahat olmuşam. Düşünməmişəm ki, evə gedəcəm və qanımı qaraldan olacaq. Əvvəllər məni xarici ölkələrə səfərə qoymurdu. Sonra kimlə gedib-gəldiyimi də gördü, güvəndi.
Uşaqlar atasına söz deyə bilmirlər. Ölüm-dirim müharibəsi olur. Sonra dedim, nəbadə sözünüzü ona deyəsiniz, gəlin ancaq mənə deyin. Atalarından çox çəkinirlər".
Qeyd edək ki, X.Nəcəfov və M.Eyubov cütlüyünün 3 övladı var.
Daha çox xəbər:
"Əgər Yaşar Nurinin qızının saxlayanı varsa..."
Şou / MədəniyyətALLAH MƏNƏ BU MÖCÜZƏNİ YAŞATDI
Şou"Müəlliməm zəng edib anama dedi ki, qızın burada oğlanlarla..." - İntihar edən 5-ci sinif şagirdi
Hadisə"Özümdən utanıram" - Nisə Qasımova
Şou / MədəniyyətSamirə 2-ci dəfə ərə gedir: "İmkanlı şəxs və iş adamıdır"
Şou