Gündəm / Siyasət
15 noyabr 2022
10
İlham Əliyev Albaniyaya getdi - Fotolar + Yenilənib

Prezident İlham Əliyev noyabrın 15-də Albaniyaya dövlət səfərinə gedib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.
***
Noyabrın 15-də Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranadakı “Brigades” Sarayında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Albaniyanın Dövlət Bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Albaniyanın Dövlət Himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Bayram Beqaya, Albaniyanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edilib.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.



Daha çox xəbər:

İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub
Gündəm / Siyasət
Prezident Bolqarıstana getdi - Fotolar + Yenilənib
Gündəm / Siyasət
Litva Prezidentinin Bakıda qarşılanma mərasimi oldu
Gündəm / Siyasət
Prezident İlham Əliyev Rusiyaya rəsmi səfərə gedib
Gündəm / Cəmiyyət
Prezident xanımı ilə Özbəkistana getdi
Gündəm / Siyasət