Gündəm / İdman
18 noyabr 2022
9
Futbol üzrə dünya çempionatında daha bir QADAĞA
İki gün sonra Qətərdə start götürəcək futbol üzrə dünya çempionatı zamanı stadionlarda və onlara bitişik ərazilərdə pivə satışı qadağan olunacaq.
Bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) məlumat verib və qeyd edib ki, bu qərar Qətər hakimiyyəti ilə çempionatın əsas sponsorlarından biri olan "Budweiser" pivə şirkəti AB InBev arasında uzunmüddətli danışıqlardan sonra verilib.
"Müzakirələr nəticəsində spirtli içkilərin satışının azarkeşlər üçün nəzərdə tutulmuş xüsusi zonalarda və lisenziyalı müəssisələrdə cəmləşdirilməsi, stadionlar və onların ətrafından içki satışı məntəqələrinin yığışdırılması qərara alınıb", - FİFA-nın rəsmi nümayəndəsi bildirib.
“Çempionata gələn xeyli sayda azarkeş alkoqolun yerli mədəniyyətdə böyük yeri olmayan Yaxın Şərq və Cənubi Asiyadandır. Məhz buna görə də spirtli içkilərin olması həmin insanlarda narahatlıq yarada bilər”, - FİFA nümayəndələri bildiriblər.
Daha çox xəbər:
FİFA qərar verdi - DÇ ərzində stadionlarda spirtli içki satılmayacaq
Gündəm / İdmanFIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
İdmanUEFA oyunlarının Rusiyada nümayişi qadağan oluna bilər
İdman“Dinamo” rəhbərliyi Mahir Emrelini klubdan uzaqlaşdırmaq istədi – Nə baş verib?
Gündəm / CəmiyyətÜzgüçülük üzrə dünya çempionatı təxirə salınıb
Dünya / İdman