Gündəm / Siyasət
19 noyabr 2022
9
Mikayıl Cabbarov İsraillə əlaqələrdən yazdı
İsraildə Azərbaycanın səfirliyinin açılması iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin güclənməsinə töhfə verəcək.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün “Twitter” hesabında yazıb.
M.Cabbarov bildirib ki, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”.
Qeyd edək ki, Milli Məclisin noyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.
Daha çox xəbər:
Azərbaycan İsraildə səfirlik açır - Tarixi qərar qəbul edildi
Gündəm / SiyasətMikayıl Cabbarov Yaponiya səfiri ilə görüşdü - Foto
Gündəm / İqtisadiyyat"Bu, mühüm nailiyyətdir" - Mikayıl Cabbarov
Gündəm / İqtisadiyyat"İqtisadi artımın 5%-dən çox olması gözlənilir” - Mikayıl Cabbarov
İqtisadiyyatValeh Ələsgərova yeni VƏZİFƏLƏR VERİLDİ
Gündəm / Siyasət