Gündəm / Cəmiyyət
30 iyul 2024
0
Pezeşkian: ermənilərlə bağlı xoş təəssüratlara malikəm
İran üçün regionda sülhün qorunması xüsusi əhəmiyyət kəsb edir.
Bunu İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.
O, Tehranın bütün məsələlərin dialoq yolu ilə həllini dəstəklədiyini bildirib.
İran prezidenti həmçinin erməni xalqı ilə bağlı müsbət fikirlərinin olduğunu qeyd edib:
“Ermənistanda səfərdə olmuşam. Ölkəniz və xalqınızla bağlı xoş təəssüratlara malikəm. Tehran və İrəvan arasında bütün sahələr üzrə inkişaf etməkdə olan əlaqələri yüksək qiymətləndirirəm”.( Globalinfo)
Daha çox xəbər:
İran Prezidenti Paşinyanla görüşdü
Gündəm / DünyaPezeşkian: İran Qüds azad edilənədək hərtərəfli dəstəyini davam etdirəcək
Gündəm / DünyaNikol Paşinyan İranın yeni seçilən prezidenti ilə görüşəcək
Gündəm / DünyaPezeşkian İran prezidenti kimi nə vaxt and içəcək? - AÇIQLAMA
Gündəm / DünyaTehranda Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək
Gündəm / Siyasət