Hadisə
15 may 2019
58
Bakıda gənc itkin düşdü - Arvadı axtarır...

Bakı sakini naməlum şəraitdə itkin düşüb.
Beş.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində qeydə alınıb.
Gəncə prospekti 69, mənzil 129-da yaşayan Manafova Vüsalə Nizami qızı polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1991-ci il təvəllüdlü Manafov Gündüz Elxan oğlu aprelin 28-də evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
