Hadisə
15 may 2019
40
Dənizdə üzərkən görün nə tapdı: Qadın... - Fotolar

Türkiyənin Muğla bölgəsində dənizdə üzən şəxs antik mədəniyyət nümunəsi tapıb.
Beş.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Muhammet Yuksel adlı şəxs isti hava səbəbindən dənizdə üzmək istəyib. Bu zaman dənizin dibində parlayan mərmər diqqətini çəkib. Muhammet dənizin dibindəki mərməri sudan çıxaran zaman onun bir qadın heykəli olduğunu görüb.
Daha sonra o polisə xəbər verib və qədim dövr mədəniyyətinə aid olduğu təxmin edilən heykəli onlara təslim edib. Heykəlin hansı dövrə aid olduğu isə Marmaris muzeyi mütəxəssisləri tərəfindən araşdırılır.
Heykəlin orijinal olub-olmaması araşdırmalar bitdikdən sonra məlum olacaq.


Daha çox xəbər:

İNANILMAZ! Tarlada işləyərkən görün nə TAPDI? - FOTO
Hadisə
Dünyanın ƏN DƏRİN yerinə endi: GÖRÜN NƏLƏR TAPDI - FOTOLAR
Dünya
Türkiyənin Bursa şəhərində faciə baş verib.
Hadisə
Bu qadın yaşlı adamların kabusu olmuşdu - Saxlanıldı
Hadisə
İki dəfə eyni yerə çıxaraq intihar etmək istədi: Səbəbi şok etdi - FOTOLAR
Hadisə