Hadisə
15 may 2019
38

Qeyri-rəsmi yaşadığı qadını qanına qəltan etdi - Azərbaycanda

Qeyri-rəsmi yaşadığı qadını qanına qəltan etdi - Azərbaycanda



Sumqayıtda bir nəfər qeyri-rəsmi yaşadığı qadını bıçaqlayaraq öldürüb.

Beş.az daxil olan məlumata görə, hadisə mayın 3-də 17:00 radələrində Sumqayıt şəhəri, Nərimanov küçəsi, Mərkəzi bazar ərazisindəki eynək satılan dükanların birində baş verib. Abdullayev Seymur Zərablı oğlu şəxsi münasibətlər zəminində qeyri-rəsmi yaşadığı Əmənova Gülnar Şaməddin qızına bıçaqla çoxsaylı xəsarətlər yetirib, lakin Gülnar Əmənova vaxtında xəstəxanaya çatdırılmaqla həyatı xilas edildiyindən, o cinayət əməlini başa çatdıra bilməyib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda 3 may 2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Əmənova Gülnar Şaməddin qızı Sumqayıt şəhər TTYX-da göstərilən tibbi tədbirlərə baxmayaraq, 14.05.2019-cu il tarixdə aldığı xəsarətlər nəticəsində öldüyündən Abdullayev Seymur Zərbalı oğlunun əməli Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunub.