Hadisə
15 may 2019
51
Güclü dolu Şəki və Zaqatalaya ZİYAN VURDU - FOTO

Mayın 14-dən 15-nə keçən gecə ölkənin şimal-qərb rayonlarında hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Şəki ilə yanaşı Zaqatalaya da dolu yağıb.
Beş.az ONA-ya istinadən xəbər verir ki, rayonun Car, Muxax və bir neçə dağətəyi kəndlərinə dolu yağması nəticəsində təsərrüfata ciddi ziyan dəyib.
Bölgənin dağətəyi ərazilərinə qısamüddətli yağış yağıb. Qeyri-sabit hava şəraiti ən çox Şəki şəhərinin və ətraf kəndlərin ərazilərində özünü göstərib. Gecə saat 01:40 radələrində Şəki şəhəri və bir neçə dağətəyi kəndlərə 10-15 dəqiqə ərzində küləklə müşahidə edilən dolu yağıb.
Yerli sakinlərin verdiyi məlumata görə, güclü dolu nəticəsində meyvə ağaclarına və tərəvəz bitkilərinə ciddi ziyan dəyib.

