Hadisə
16 may 2019
47
Azərbaycanda qız üstündə kütləvi DAVA: ÖLƏN VAR
Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinən Bakı şəhər sakini Fəxri Şahbazlının cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Beş.az "ölkə.az"a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 20-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il iyulun 18-də Abşeron rayonu Hökməli kəndi ərazisindəki "At yalı" yaşayış massivində baş verib. Firma işçiləri olan F.Şahbazlı və digər iş yoldaşları su filtri satıb, evə qayıtmağa hazırlaşdıqları vaxt ərazidə yaşayan bir neçə gənc onlara yaxınlaşaraq söz atıb. Həmin gənclərin firma işçiləri olan qadınlara söz atması isə kütləvi davaya səbəb olub.
Hadisə zamanı firma işçisi, Bakı şəhər sakini 27 yaşlı F.Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. F.Qurbanov çoxlu qan itirdiyi üçün xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən şəxs isə saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb
Daha çox xəbər:
Azərbaycanda oğul evlənmək istəyən anasını bıçaqladı
HadisəBakıda ata və oğul borc pul üstündə qan tökdü
HadisəBakıda "bomj"ların qadınla yatmaq uğrunda qanlı mübarizəsi - TƏFƏRRÜAT
HadisəArvadını 4 il izlədi, 70 yaşlı qonşusu ilə yaxaladı — Gədəbəydəki cinayətin təfərrüatları
HadisəÇay evində gənclər arasında dava: "Mənimlə yaxşı görüşmədin..." – Təfərrüat
Hadisə