Hadisə
13 fevral 2023
0
Qəzada ölən 3 şagird maşın sürməyi öyrənirmiş...

Fevralın 11-də Siyəzəndə 3-ü məktəbli olmaqla 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatı məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı orta məktəbin 5 şagirdi avtomobil sürməyi öyrənmək məqsədilə rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Məmmədovun avtomobilinə əyləşibmiş. N.Məmmədov “Audi” markalı avtomobillə Siyəzən şəhərindən Bakı-Quba yolunun köhnə hissəsinə doğru yüksək sürətlə hərəkət edərkən nəqliyyat vasitəsi yolun nahamar hissəsində idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarında dayanmış yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Abasov Rəvan Malik oğlu, onun əmisi oğlu, 2006-cı il təvəllüdlü Abasov Nihat Babək oğlu, 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Məmmədli Aqşin Vüqar oğlu dünyasını dəyişib. Həmin məktəbin şagirdi olan 2006-cı il təvəllüdlü Əsgərov Əsgər Həsən oğlu və Qədirov Mursaqulu Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə zamanı xəsarət alan “Audi”nin sürücüsü, 1992-ci il təvəllüdlü Nicat Məmmədov isə xəstəxanada dünyasını dəyişib.
Bildirilir ki, qəzaya düşən məktəblilər və sürücü eyni məhəllədə yaşayırmışlar.

Daha çox xəbər:

Siyəzəndə ağır qəza, ölənlərin sayı 4-ə çatdı - Yenilənib
Gündəm / Hadisə
Siyəzəndə şagird məktəbdə bıçaqlandı
Gündəm / Hadisə
Quba yolundakı dəhşətli qəzada ölənlərin adları - Siyahı + Yenilənib
Gündəm / Hadisə
Bakıda 8-ci sinif şagirdi vəfat edib - FOTO
Hadisə
Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
Hadisə